AZ

Aİ dən Körfəz ölkələrinə mesaj Sabitlik üçün birgə addımlar atılacaq

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Avropa Şurasının prezidenti Antonio Kosta bildirib ki, Avropa İttifaqı və Birləşmiş Ərəb Əmirlikləri regionda sabitliyin bərpası üçün daha sıx əməkdaşlıq edə bilər.

Redaktor.az xəbər verir ki, Kosta bu fikirləri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ilə görüşdən sonra səsləndirib.

O, həmçinin BƏƏ rəhbərliyinə ölkədə yaşayan təxminən 200 min Aİ vətəndaşının təhlükəsizliyinin təmin olunmasına görə təşəkkür edib.

Kosta qeyd edib ki, tərəflər regionda sabitliyin bərpası və ortaq maraqların qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Onun sözlərinə görə, Avropa İttifaqı Hörmüz boğazında naviqasiya azadlığının bərpasına və Yaxın Şərqdə davamlı sülh üçün diplomatik səylərə sadiqdir.

Bildirilir ki, Kosta səfəri çərçivəsində Səudiyyə Ərəbistanı və Qətərə də baş çəkəcək.

O əlavə edib ki, Aİ Körfəz ölkələri üçün etibarlı tərəfdaşdır və danışıqlar yolu ilə regionda sülhə töhfə verməyə hazırdır.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
redaktor.az

2Mənbələr