Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Maliyyə sektorunun aktivləri üzrə son göstəricilər bank sektorunun bazarda həlledici mövqeyini qoruduğunu göstərir.
Modern.az xəbər verir ki, bu fikirləri 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov deyib.
Onun sözlərinə görə, son illər maliyyə sektorunun aktivlərində artım müşahidə olunur.
“Belə ki, 2017-ci ildə 27,9 milyard manat olan bank aktivləri 2025-ci ildə 57,1 milyard manata yüksəlib. Bu dövrdə ümumi dinamika artan xətt üzrə davam edib və yalnız bəzi illərdə qısa müddətli zəifləmələr qeydə alınıb.
Eyni zamanda, maliyyə sektorunun aktivlərinin ÜDM-ə nisbəti illər üzrə 39-47 faiz aralığında dəyişib ki, bu da sektorun iqtisadiyyatda əhəmiyyətli paya malik olduğunu göstərir.
2025-ci ilin strukturuna nəzər saldıqda isə bank sektorunun açıq üstünlüyü diqqət çəkir. Belə ki, maliyyə sektorunda aktivlərin 94,2 faizi bankların payına düşür. Sığorta sektorunun payı 3,5 faiz, bank olmayan kredit təşkilatlarının payı 2,1 faiz, investisiya şirkətlərinin payı isə cəmi 0,2 faiz təşkil edir”.
A.Həsənov onu da əlavə edib ki, Mərkəzi Bankın məlumatına əsasən, maliyyə sektorunun aktivləri il ərzində 7,7 faiz və ya 4,4 milyard manat artıb.
“Bu artımın əsas hissəsi - 4,1 milyard manatı bankların payına düşür. Bank olmayan kredit təşkilatlarının artımı isə 0,3 milyard manat səviyyəsində olub”, - deyə qurum rəsmisi qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.