AZ

Hamilə həyat yoldaşının meyiti ilə 10 gün eyni evdə qalan ərdən ŞOK SÖZLƏR FOTO VİDEO

ain.az bildirir, Bizim media portalına istinadən.

Türkiyədə, Kastamonu şəhərində 8 aylıq hamilə həyat yoldaşını öldürdükdən sonra onun meyitilə 1,5 yaşlı uşağı ilə birlikdə təxminən 10 gün eyni evdə yaşayan Berkan Civilin müdafiəsi şok effekti yaradıb. Civil qonşusunun verdiyi siqaretə görə hadisə anını xatırlamadığını iddia edərək “Yadıma gələn yeganə şey odur ki, 8 gün ərzində həyat yoldaşımın meyiti ilə eyni yerdə yatmışam”, - deyib.Bizim.Media xəbər verir ki, 34 həftəlik hamilə olan Elif Civil bədəninə dəyən 12 bıçaq zərbəsi nəticəsində öldürülüb və onun meyitinin 10 gündən artıq evdə qaldığı müəyyənləşdirilib.Elif Civilin əri Berkan Civil həyat yoldaşını öldürmək ittihamı ilə həbs edilib və barəsində cinayət işi açılıb.Berkan Civil məhkəmədə 8 gün həyat yoldaşının meyiti ilə birlikdə yatdığını və hadisəni xatırlamadığını bildirib.Kastamonunun İnönü məhəlləsi Arnavut küçəsində yerləşən yaşayış binasından 2025-ci il aprelin 21-də pis qoxular gəlməsi ilə bağlı edilən müraciətdən sonra 34 həftəlik hamilə Elif Civilin cansız bədəni tapılıb.Elif Civilin bədəninə dəyən 12 bıçaq zərbəsi ilə öldürüldüyü, meyitin isə 10 gündən artıq həmin evdə qaldığı müəyyən edilib.Hadisədən sonra araşdırmalara başlayan Kastamonu Polis İdarəsinin əməkdaşları ölən qadının əri, 29 yaşlı Berkan Civili 1,5 yaşlı uşağı İ.C. ilə birlikdə Nasrullah meydanında saxlayıblar. Gözaltına alınan Berkan Civil həbs olunub.

 

Hadisədən sonra Berkan Civil barəsində Kastamonu Ağır Cinayətlər Məhkəməsində “həyat yoldaşını qəsdən öldürmə” maddəsi ilə cinayət işi açılıb. İş üzrə ilk məhkəmə iclasında şahidlər və tərəflərin vəkilləri iştirak edib, təqsirləndirilən şəxs isə SEGBİS sistemi vasitəsilə məhkəməyə qoşulub.

“Özümdə deyildim, yadıma gələn yeganə şey həyat yoldaşımın meyiti ilə yatmağımdır”Məhkəmədə özünü müdafiə edən Berkan Civil belə deyib:“Hadisədən əvvəl qapı qonşum M.Ç.-yə zəng etdim. Bazara düşə bilməyəcəyimi dedim, evə gələndə çörək və siqaret almasını xahiş etdim. Qapını döydü, açdım, çörəyi və siqareti aldım. Pulunu da verdim. Siqareti çəkəndən sonrasını xatırlamıram. Analizlərimdə narkotik çıxıbmı, bilmirəm. 4 gün özümdə olmadım. Ayılanda boğazımda kəsik var idi, qarnımda da kəsiklər var idi. Yadıma gələn yeganə şey odur ki, 8 gün ərzində həyat yoldaşımın meyiti ilə yatmışam. Telefonum da olmadığı üçün heç kimə zəng edə bilmədim.Mən yaralı idim, həyat yoldaşım isə öldürülmüş vəziyyətdə idi. Telefonum yox idi, tapa bilmədim. Ona görə də heç kimə xəbər verə bilmədim. Siqareti çəkəndən sonra ayılanda boğazım kəsilmişdi. Köynəyim də qan içində idi. Qorxduğum üçün heç kimə zəng etmədim, xəbər vermədim. 4 gün ərzində yatıb qalmışam. Qorxdum ki, uşağımı əlimdən alarlar, ona görə zəng etmədim. Həyat yoldaşımla bəzən anlaşmazlıqlarımız olurdu. Hər ailədə olduğu kimi bizim də problemlərimiz olurdu. Fiziki olaraq həyat yoldaşıma zor tətbiq etmədim. İçim yanır, həm uşağımı, həm də həyat yoldaşımı itirdim.Yadıma gələn yeganə şey odur ki, T.Ş. qapıya gəlib çörək və siqareti qoydu, bir müddət sonra onu görəndə mənə “mən sənə demişdim” dedi. Hadisə 10 gün sonra üzə çıxdı. Qan analizlərimdə narkotik çıxıb-çıxmadığını bilmirəm”.“Özümdə olmasam da uşağıma baxa biləcək vəziyyətdə idim”Təqsirləndirilən şəxs evdə tapılan bıçaqdakı DNT-sinin daha əvvəl ev işlərində istifadə etdiyi üçün orada ola biləcəyini iddia edib və bildirib:“Heç kimə borcum yox idi. Heç kimlə düşmənçiliyim də olmayıb. Mən iş-güc sahibi adamam, həyat yoldaşımın da heç kimlə düşmənçiliyi yox idi. Mən boya və kafel işlərinə gedirdim, axşamlar da çayxanada işləyirdim. Mən 8 gün evdə həyat yoldaşımın meyitini gördüm. Necə yaralandığımı xatırlamıram. Ayılanda boğazım kəsilmiş, köynəyim qan içində idi. Saxlanıldığım günə qədər 8 gün ərzində heç çölə çıxmadım. Heç bir maddə qəbul etmədim. Deyirlər ki, hadisədən 15 gün əvvəl həyat yoldaşımla dalaşmışam. Bunu qəbul etmirəm. Əgər qonşularımız dava etdiyimizi eşidiblərsə, niyə polis çağırmayıblar?”Ailə və Sosial Xidmətlər Nazirliyi adından məhkəmədə iştirak edən vəkilin, “4 gün ərzində özündə olmadığını deyirsən.1,5 yaşlı uşağın qayğısını kim çəkib, bunu izah edə bilərsənmi?” sualına Berkan Civil belə cavab verib:“Uşağıma mən baxdım. Mən atayam, şüurumu itirsəm də uşağıma baxa bilərəm. Özümdə olmasam da, xatırlamasam da uşağıma baxacaq vəziyyətdə idim.”Şahid qismində dinlənilən qonşu T.Ş. isə bunları deyib:“Təqsirləndirilən şəxslə 3 aylıq tanışlığımız olub. Qarşı qapı qonşum idi. Hadisədən xəbərim yox idi. Onun tutulduğu gün mən Ankarada idim. Mən onun evinə bir stəkan çay içməyə belə getməmişəm. Həyat yoldaşının adını bilmirəm. Bir dəfə mənim evimə gəlib, 5 dəqiqə oturub gedib. Həyat yoldaşı ilə bağlı heç bir problemindən danışmayıb. Həyat yoldaşını da cəmi 2 dəfə görmüşəm. Bir gecə həyat yoldaşı ilə səsləri gəlirdi, dava etdiklərini eşitmişdim. Arada bir siqaret alıb Berkana verirdim.İçimdən gəlirdi. Son dəfə hadisədən 10 gün əvvəl siqaret alıb vermişdim. Qutu siqaret idi. Qapının önündə ayaqqabılıq var idi, oraya qoydum. Mən iki qutu siqaret almışdım, birini Berkana verdim, digərini özümə saxladım. Məndən siqaret istəməmişdi. Zəng edib demədim, o qoyduğum yerdən götürürdü.”T.Ş.-nin ifadəsindən sonra danışan Berkan Civil belə reaksiya verib:“Sən bunu mənə necə etdin, həyat yoldaşıma necə qıydın?” deyərək etiraz edib və əlavə edib: “Ədalətin öz yerini tapmasını istəyirəm. Onun ailəsinin şikayətçi olub-olmaması vecimə deyil. Mən həyat yoldaşıma onlardan daha çox bağlı idim. Lazım olan hər şey araşdırılsın. Ədalətə güvənirəm. İki əlim T.Ş.-nin yaxasında olacaq. Həyat yoldaşımı itirdim, övladım yetim qaldı. Hər şey araşdırılsın. Dünənə qədər onun ailəsi də həyatımızda yox idi. Ayıbdır. Bir də gəlib şahidlik edirlər.”Berkan Civilin ev sahibi S.G. isə ifadəsində deyib:“Elifi heç görməmişəm. Təqsirləndirilənin kirayə borcu var idi, ödəyə bilmirdilər. Apreldə çıxacağını demişdi. Aprel gələndə 2 həftə ərzində zəng etdim, amma zəng çatmadı. Mən də bina rəhbərinə zəng etdim. Vəziyyəti danışdım. İdarəçi ilə birlikdə mənzilə qalxdıq. Qoxu gəlirdi, biz də polis çağırdıq.”Elif Civilin atası İ.Ç. isə bunları deyib:“Onlarla sonuncu dəfə bir il əvvəl İstanbulda üz-üzə görüşmüşdük. Baş verənlərdən xəbərimiz yox idi. Hadisədən 3 ay əvvəl təqsirləndirilənin anası və atası bizə zəng edib dedilər ki, “qızınızı aparın, yoxsa parçalayıb öldürərik, yola getmirlər”. Biz də qızımıza zəng edib vəziyyətini soruşduq, o da “problem yoxdur, yaxşıyıq” dedi. Mən onun ən ağır şəkildə cəzalandırılmasını istəyirəm.”Təqsirləndirilənin ailə üzvlərini və tərəflərin vəkillərini də dinləyən məhkəmə heyəti iş materiallarındakı çatışmazlıqların aradan qaldırılması üçün məhkəmə baxışını başqa tarixə təxirə salıb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
bizim.media

2Mənbələr