AZ

Ukrayna Rusiya ilə gizli danışıqlara başlayıb? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib ki, Kiyev Rusiya tərəfi ilə aparılan qeyri-rəsmi təmasların detalları barədə məlumatları qəsdən açıqlamır. Onun sözlərinə görə, bu addım Ukraynanın danışıqlardakı mövqelərini zəiflədə bilər.

KONKRET.az xəbər verir ki,Budanov Bloomberg agentliyinə müsahibəsində qeyd edib ki, qapalı kommunikasiya kanallarında iştirak edən bəzi rus nümayəndələr praqmatik davranır və qüvvələr balansını real şəkildə anlayırlar.

O, vurğulayıb ki, Ukrayna cəbhədəki vəziyyəti və tərəflərin resurs imkanlarını düzgün qiymətləndirə bilən Rusiya nümayəndələri ilə məhdud və qeyri-rəsmi əlaqələri davam etdirir. Bu cür əlaqələr Moskvanın mövqeyini və hadisələrin mümkün inkişaf ssenarilərini anlamaq baxımından əhəmiyyətlidir.

Budanov əlavə edib ki, danışıqların detallarının açıqlanması və ya bu prosesdə iştirak edən şəxslərə təzyiq göstərilməsi Ukrayna üçün mənfi nəticələr doğura bilər. Onun fikrincə, belə hallarda həmin şəxslər ciddi risklərlə üzləşə bilər və bu da gələcəkdə oxşar təmasların qurulmasını çətinləşdirər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
konkret.az

2Mənbələr