AZ

Yamal: “Simeone mənə qarşı müdafiəçi ayıracaq”

“Barselona”nın hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya qarşı keçiriləcək cavab oyunu öncəsi iddialı açıqlama verib.

Msport.az xəbər verir ki, 18 yaşlı futbolçu qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib:

“Özümü əla hiss edirəm. Bu oyunu səbirsizliklə gözləyirəm. Böyük motivasiyam var və komandama qələbə qazandırmaq istəyirəm. Ümid edirəm ki, Dieqo Simeone (“Atletiko”nun baş məşqçisi) mənə qarşı müdafiəçilərindən birini qoyacaq. Mən təkbətək mübarizə gözləyirəm”.

“Barselona” ilk oyunda öz meydanında “Atletiko”ya 0:2 hesabı ilə məğlub olub. Cavab qarşılaşması bu gün, saat 23:00-da Madriddə keçiriləcək.

Seçilən
17
26
msport.az

10Mənbələr