AZ

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub (FOTO)

Bakı. Trend:

Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciətedib.

Azercell-in dəstəyi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimaiBirliyinin (AAA) təşkilatçılığı ilə ölkənin nüfuzlu biznesmüsabiqələrindən biri olan “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026”(ABCC) uğurla başa çatıb.

Müsabiqə gənclərin praktiki bacarıqlarının artırılması vəonların iş mühitinə hazırlanması baxımından mühüm platforma rolunuoynayıb. Harvard Business Review-nun real biznes problemlərinəəsaslanan tapşırıqlar üzərində qurulan layihə tələbələrdə biznesanalitikası, strateji düşüncə və maliyyə təhlili sahəsində bilik vəbacarıqların inkişaf etdirilməsinə yönəlib.

Bu il müsabiqəyə ümumilikdə 100-ə yaxın komanda müraciət edib.Seçim mərhələlərini uğurla keçən 26 komanda Biznes Akademiyası vəABCC tərəfindən təşkil olunan təlim proqramlarında iştirak edib.Onlardan 12-si yarımfinal mərhələsinə yüksəlib, yalnız 4 komandaisə finalda çıxış etmək imkanı qazanıb.

Final mərhələsində komandalar müxtəlif şirkət və qurumlarıtəmsil edən münsiflər heyəti qarşısında öz həllərini təqdimediblər. Münsiflərin qiymətləndirməsinə əsasən, ADA Universitetininkomandası birinci yerə layiq görülüb. Azərbaycan Dövlət İqtisadUniversitetini təmsil edən iki komanda isə müvafiq olaraq ikinci vəüçüncü yerləri tutublar. Qalib komandalar 8000 AZN, 4000 AZN və2000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.

Azercell-in
Azercell-in
Məqalədə:
Seçilən
13
10
az.trend.az

10Mənbələr