AZ

Eskobarın begemotları da öldürüləcək

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kolumbiya hökuməti 1993-cü ildə öldürülmüş məşhur narkobaron Pablo Eskobar tərəfindən gətirilmiş su begemotlarını məhv edəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın ətraf mühit naziri İren Velez məlumat yayıb.

Onun sözlərinə görə, Kolumbiyada populyasiyası sürətlə artaraq ekosistemə və kəndlilərə təhlükə yaratdığı üçün su begemotlarının məhv edilməsi planı hazırlanıb:

“Heyvanlar 1980-ci illərdə Pablo Eskobarın fermasına gətirilib. Sayları 2022-ci ilə kimi 170-ə çatıb və 100 km areala yayılıb.

Turizmə fayda versə də, yerli növlərə zərərdir və təhlükəsizlik riski yaradır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
globalinfo.az

2Mənbələr