AZ

AQEM in Baş katibi: Azərbaycan ətraf mühitin qorunmasında böyük uğur əldə edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində təkliflər əsasən üzv ölkələrdən gəlir. Son 5 ildə AQEM çərçivəsində yeni qurumlar ortaya çıxıb.

AZƏRTAC xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən mətbuat konfransında AQEM-in Baş katibi Kayrat Sarıbay deyib.

O bildirib ki, qurumun beyin mərkəzləri əsasən aktual problemlərin həlli istiqamətində fikir mübadiləsi aparırlar: “Azərbaycan ətraf mühitin qorunmasında böyük bir uğur əldə edib. COP29-u artıq hər kəs danışır, xüsusilə hər kəs COP29-un nəticələrini müzakirə edir. Bunu isə AQEM çərçivəsində xüsusi bir qol olaraq qəbul edə bilərik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
azertag.az

3Mənbələr