"Barselona"nın Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Atletiko Madrid"ə evdə uduzduğu matçda (0:2) hakim idarəçiliyi ilə bağlı UEFA-ya ünvanladığı şikayət rədd edilib.
Fanat.Az-ın məlumatına görə, qurumun Nəzarət, Etika və İntizam Komissiyası "blauqrana"nın aprelin 8-də reallaşan qarşılaşmadakı idarəçilikdən narazı qalmasını əsassız sayıb.
"Barselona" rəhbərliyi ikinci hissədə "Atletiko"nun müdafiəçisi Mark Pubilin əllə oyunu zamanı penalti verilməməsini etirazla qarşılayıb. Onlar bu qərarın qanunsuz olduğunu və matçın gedişinə, eləcə də yekun nəticəsinə birbaşa təsir etdiyini bildirib.
Tərəflərin cavab qarşılaşması bu gün reallaşacaq. Madriddə keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Toğrul