AZ

Dövlət tərəfindən qorunan yaşayış binası niyə bu vəziyyətdədir? Video

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən tarixi bina ilə bağlı vəziyyət narahatlıq yaradıb. 

Bu barədə “Qafqazinfo”ya həmin ünvanda yaşayan sakinlər müraciət ediblər. Belə ki, 1893-cü ildə tikilən və yaşayış evi olan bu bina dövlət tərəfindən qorunan yerli əhəmiyyətli memarlıq abidəsi hesab olunur. Binanın üzərində bunu təsdiq edən lövhə də var. 

Vətəndaşların iddiasına görə, sözügedən tarixi abidə 2017-ci ildə “FF” MTK tərəfindən sakinlər binada yaşadığı halda qəsdən zərər görüb. Hadisə zamanı insanların təhlükəsizliyinin nəzərə alınmadığı deyilir. Aradan 9 il keçməsinə baxmayaraq, bina ilə bağlı problem hələ də öz həllini tapmayıb. Sakinlər bu müddət ərzində müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etsələr də, konkret addımların atılmadığı bildirirlər.

Xəbəri rus dilində oxuyun: ЖСК против истории: кто ответит за снос памятника? - ВИДЕО

Hazırda isə vəziyyət daha da ağırlaşıb. Uzun müddət baxımsız qalan bina artıq öz-özünə çökmə təhlükəsi ilə üz-üzədir. Sakinlər aidiyyəti qurumlardan təcili tədbir görülməsini, təhlükəli halda olan binanın problemi ilə bağlı konkret və effektiv qərarların qəbul edilməsini gözləyirlər. 

Yaranmış vəziyyətlə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, məsələ ilə bağlı məlumatlıdırlar. Həmin bina qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahısına daxildir.

Lamiyə Məmmədova 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
qafqazinfo.az

1Mənbələr