AZ

Azərbaycan çempionundan növbəti jest - Onlar oyunu ödənişsiz izləyəcəklər

“Qarabağ” azarkeşlərini sevindirmək üçün növbəti sosial təşəbbüsünü həyata keçirir.

Musavat.com xəbər verir ki, klub tərəfindən yayılan rəsmi məlumata əsasən, Misli Premyer Liqasının 28-ci turunda “Sabah”a qarşı keçiriləcək oyunda xanım azarkeşlər stadiondan ödənişsiz şəkildə yararlana biləcəklər.

Məlumatda vacib məqam kimi vurğulanır ki, xanımlar biletlərini mütləq şəkildə 16, 17, 18 aprel tarixlərində stadionun kassalarından və ya Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən Fanşopdan əldə edə bilərlər. Əks halda xanımların stadiona biletsiz girişinin mümkün olmayacağı bildirilib.

Bu addım komandanın ev oyunlarında daha geniş fan dəstəyi yaratmaq və stadion atmosferini gücləndirmək məqsədi daşıyır.

Qarşılaşma 18 aprel tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və oyun saat 19:30-da start götürəcək.

Məlumat üçün bildirək ki, “Qarabağ” bundan əvvəl Misli Premyer Liqasının 23-cü turunda “Araz-Naxçıvan"”la, həmçinin Azərbaycan kubokunun yarımfinalının “Sabah”la ilk oyununda da xanımlara və 15 yaşadək uşaqlara biletləri pulsuz etmişdi.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr