Bakı. Trend:
Yelo Bank 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəriciləriniaçıqlayıb. Hesabat dövrünün nəticələrinə əsasən, Bank həmgəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasınıqoruyub saxlayıb. Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsasgöstəricilər belədir:
2026-cı ilin ilk üç ayı ərzində Yelo Bank-ın faiz gəlirləri ötənilin analoji dövrü ilə müqayisədə 25% artaraq 51 mln manatayüksəlib. Qeyri-faiz gəlirləri isə 2 mln manatı ötüb. Rüb ərzindəBank 6.6 mln manat xalis mənfəət əldə edib.
Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 13% (120mln manat) artaraq 1 mlrd 80 mln manata yüksəlib. Real sektorundəstəklənməsini prioritet hesab edən Bank-ın biznes kredit portfeli672 mln manat təşkil edir ki, bu da ümumi portfelin 62%-dən çoxolmaqla mühüm hissəsini əhatə edir. İstehlak kreditləri üzrəportfel isə analoji dövrlə müqayisədə 15% (55 mln manat) artaraqrübün sonuna 410 mln manat olub.
Müştərilərin maliyyə tərəfdaşı olaraq Bank-a olan etimadı əmanətportfelinin həcmində özünü göstərir. Bankın əmanət portfeli ötənilin ilk rübü ilə müqayisədə 16% (147 mln manat) böyüyərək 1 mlrd60 mln manatı ötüb.
Məcmu kapital ilin əvvəli ilə müqayisədə artaraq 177 mln manatayüksəlib. Məcmu kapitalın adekvatlıq əmsalı 13.48%, birincidərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69% olmaqla, hər ikigöstərici üzrə requlyativ tələbləri üstələyir.
Bankın ümumi aktivlərinin həcmi isə hesabat tarixinə 1 mlrd 513 mlnmanat səviyyəsindədir.
Yelo Bank ili yüksək templə başlayaraq maliyyə göstəricilərindəartım dinamikasını qorumağa nail olub. Bank xüsusilə real sektorun,kiçik və orta sahibkarlığın dəstəklənməsini özünün stratejiprioriteti hesab edir. Qarşıdakı dövrdə də Yelo Bank texnolojihəllərin tətbiqini sürətləndirməklə, müştərilərin maliyyəehtiyaclarını müasir standartlara uyğun qarşılamağı və cəmiyyətüçün əlavə dəyər yaratmağı hədəfləyir.
Sərfəli kreditonline şəkildə əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinəzəng edin və ya Facebook,Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!