AZ

Bloomberg: Кreml Putinin reytinqinin aşağı düşməsindən qorxaraq internet məhdudiyyətlərinə yanaşmanı yenidən nəzərdən keçirir

“Bloomberg”, mənbələrə istinadən, Rusiya hakimiyyətinin internet məhdudiyyətlərinə yanaşmanı yenidən nəzərdən keçirməyi düşündüyünü yazıb. Bu, Vladimir Putinin reytinqinə ziyan vurduğu qorxusu ilə əlaqədardır.

Oxuməni.az xəbər verir ki, agentliyin həmsöhbətlərinin sözlərinə görə, Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarəti sərtləşdirmək cəhdi bəzi yüksək vəzifəli məmurları internetə girişi qadağan etməklə bağlı siyasi və iqtisadi risklər barədə xəbərdarlıq etməyə vadar edib. Mənbələr bildiriblər ki, bu, repressiv tədbirləri ləngidə bilər və Telegramın Rusiyada fəaliyyətini davam etdirməsinə imkan verə bilər.

“Forbes” mənbəsi Telegramın bloklanmasını zəiflətməklə təzyiqin "azaldılacağına" dair razılığın olduğunu təsdiqləyib. O əlavə edib ki, bu, vergi dəyişiklikləri, qiymət artımı və bloklanmalar fonunda artan gərginliyi azaltmağa kömək edə bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Bloomberg”-in şərh sorğusuna cavab verməyib. Lakin aprelin 14-də rusiyalı jurnalistlər üçün keçirdiyi brifinqdə o, VPN-lərlə mübarizənin, məhdudiyyətlərin və bloklanmaların "keçmişə qayıdış yolu" olmadığını bildirib. O əlavə edib ki, hazırda "təhlükəsizlik mülahizələrinin müəyyən tədbirlər görülməsini tələb etdiyi" bir dövrdür. Peskov deyib ki, "bu tədbirlərin görülməsi zərurəti aradan qalxdıqdan sonra, müvafiq olaraq [internet] fəaliyyəti tam bərpa olunacaq və normalaşacaq".

Almaz Həsənli

Seçilən
15
1
oxumeni.az

2Mənbələr