AZ

Leyla Əliyeva beynəlxalq konfransın açılış mərasimində çıxış edib

Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da çıxış edib.

Hafta.az xəbər verir ki, Leyla Əliyeva bu gün qadınların fəal iştirakının cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib.  Qeyd edib ki, onlar uğurlu sahibkarlar, elm adamları, rəssamlar və liderlərdir.

Azərbaycanda qadınların rolunun daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və ənənələrimizin həmişə bir hissəsi olduğunu söyləyən L.Əliyeva deyib:

"Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oyandıqlarını göstərir".

O, vurğulayıb ki, bu gün Azərbaycanın AQEM-ya sədrliyinin davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildə dəstəklədiyini görmək çox xoşdur. "AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür", - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb.

Seçilən
0
9
hafta.az

10Mənbələr