AZ

Ötən il toplanmış sığorta haqları 11 faizdən çox artıb

Bakı, 14 aprel, AZƏRTAC

2025-ci ildə toplanmış sığorta haqları ötən ilə nisbətdə 11,2 faiz (152 milyon manat) artaraq 1,505 milyon manata çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi Departamentinin direktoru Ataxan Həsənov Maliyyə Sabitliyi Hesabatının təqdimatında deyib.

O bildirib ki, sığorta haqların 56,7 faizi həyat sığorta siniflərindən, 43,3 faizi isə qeyri-həyat sığorta siniflərindən formalaşıb.

“Həyat sığortası üzrə yığım 16,2 faiz (119 milyon manat) artaraq 853 milyon manat, qeyri-həyat sığortası üzrə isə 5,3 faiz (32 milyon manat) artaraq 651,7 milyon manat təşkil edib. Həm həyat sığortası, həm də qeyri-həyat sığortası üzrə artımın əsas qüvvəsi könüllü sığorta sinifləri olub”, - deyə Ataxan Həsənov vurğulayıb.

Fotoqraf - İlkin Cavanşirov
Video - Vüsal Tağıyev
Seçilən
11
azertag.az

1Mənbələr