AZ

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

Bakı. Trend:

NEQSOL Holding tərkibində fəaliyyət göstərən dörd şirkətAzərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindənaçıqlanan 2025-ci il üzrə Azərbaycanın ən böyük 100 vergi ödəyicisisiyahısına daxil edilib.

2025-ci ildə NEQSOL Holding şirkətləri Azərbaycan dövlətbüdcəsinə ümumilikdə 221,9 milyon manat vergi ödəyib. Beləliklə,NEQSOL Holding ölkənin dövlət büdcəsinə ən böyük töhfə verənlərdənbiri olub.

Ümumən, NEQSOL Holding tərkibində aparıcı vergi ödəyicilərsırasına Azerconnect Group, Norm, Bakcell, AzerTelecom, eləcə dəNobel Energy və digər qrup şirkətləri daxildir.

NEQSOL Holding-in iki şirkəti – Azerconnect Group və Norm –həmçinin Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə ən böyük 10 vergiödəyicisi sırasındadır.

“2025-ci ildə NEQSOL Holding 221,9 milyon manat vergi ödəyib vədörd şirkətimiz ölkənin ən böyük 100 vergi ödəyicisi sırasındaqərarlaşıb. Əhəmiyyətli vergi ödənişləri ilə yanaşı, holdinqdayanıqlı biznes fəaliyyəti, sərmayələr, yeni iş yerlərininyaradılması və sosial təşəbbüslər vasitəsilə Azərbaycanın iqtisadiinkişafına töhfə verməyə davam edir. Bu nəticələr holdinqiniqtisadi artım, şəffaflıq və korporativ sosial məsuliyyətprinsiplərinə sadiqliyini nümayiş etdirir,” – deyə NEQSOLHolding-in Qrup üzrə Baş Maliyyə Direktoru və NEQSOL HoldingAzərbaycan üzrə rəhbəri İmran Əhmədzadə bildirib.

NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar,tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərənbeynəlxalq şirkətlər qrupudur. Holdinq Azərbaycandakı fəaliyyətiningenişləndirilməsinə xüsusi önəm verir və inkişaf etdikcə ölkəniniqtisadi və sosial tərəqqisinə töhfə verməyə sadiq qalır.

Seçilən
1
7
az.trend.az

8Mənbələr