AZ

Pavel Durovun dostu fırıldaqçılarla əlaqədə ittiham olunur – FOTO

Telegramın yaradıcısı Durovun dostu fırıldaqçılarla əməkdaşlıqda ifşa edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

Telegram-da məlumat axtarışı xidmətinin sahibi və Pavel Durovun dostu adlandırılan şəxs Ukraynalı fırıldaqçılarla əməkdaşlıqda ifşa olunub. Onun Rusiya istifadəçilərinin şəxsi məlumatlarını bot fermaları vasitəsilə ötürə biləcəyi ehtimal edilir.

Məlumata görə, söhbət Moldovada yaşayan İT mütəxəssisi Aleksandr Vıxodetsdən gedir. O, Telegram qruplarını idarə etməyə kömək edən “GladOS” botunu yaradıb. Bu bot qrupları yorucu spamerlərin axınından sürətlə təmizləyir, kiberhücumlardan qoruyur və analitika aparır. Hüquq-mühafizə orqanları Rusiya istifadəçilərinin fərdi məlumatlarının sızmasının ölkənin iri kanallarının abunəçilərinə çıxışı olan Vıxodetsin xidmətlərindən biri vasitəsilə həyata keçirildiyindən şübhələnirlər.

Əlavə olaraq bildirilir ki, Aleksandr Vıxodets C.A.S. (Cyber Anarchy Squad) haker qruplaşmasının iştirakçısıdır. Məhz bu qrup 2022-ci ildə Rusiyanın yüzlərlə böyük kanalını izləyən botlara kiberhücum təşkil edərək, rusiyalılara qarşı zorakılıq çağırışları olan nasist şüarlarını kütləvi şəkildə yaymağa başlamışdı.

Bütün bunlardan başqa, Vıxodets Pavel Durovu fəal şəkildə müdafiə edir. Kimsə Telegram-ın yaradıcısını tənqid edən kimi, Aleksandr reyd üçün öz bot-fermalarını işə salır – həmin botlar qurbana hədə-qorxu mesajları yazır və arzuolunmaz kanalları kütləvi şəkildə şikayət edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr