AZ

İran təhlükəsi: Ukrayna bu ölkələrə yardım edir

Körfəz ölkələri İrandan gələn təhdidlər fonunda hava hücumundan müdafiəni gücləndirmək üçün Ukrayna ilə fəal şəkildə əməkdaşlıq edirlər. Kiyev artıq Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə uzunmüddətli təhlükəsizlik müqavilələri bağlayıb və dronların ələ keçirilməsində özünəməxsus təcrübəsini nümayiş etdirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri yazıb.

“İllərlə davam edən müharibədən sonra Ukrayna təsirli dron əleyhinə sistemi inkişaf etdirdi. Bu ucuz antidronlar hava hədəflərinin 90%-ə qədərini məhv edə bilir. Ən böyük üstünlük də ondan ibarətdir ki, Ukrayna antidron sistemləri “Patriot” raketlərindən on dəfələrlə ucuzdur. Bu, Fars körfəzi ölkələrinin üzləşdiyi problem olan ucuz dronlara qarşı bahalı sistemlərin səmərəsiz istifadəsini aradan qaldırır”, – nəşr bildirib.

Qeyd olunub ki, Ukrayna bu ölkələrə təkcə texnika göndərmir, həm də tərəfdaşlarına təlimlər keçir.

Seçilən
14
1
konkret.az

2Mənbələr