AZ

“Unibank” birinci rübün maliyyə nəticələrini açıqladı

Unibank KB 2026-cı ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.

Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 105 milyon manata çatıb.

Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 11 milyon manat, xalis mənfəət isə 8,1 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 33 % artaraq, 240 milyon manata çatıb. Aktivlərin həcmi isə 393 milyon manat artaraq 2,2 milyard manata yaxınlaşıb.

Son bir il ərzində bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 31 mart 2026-cı il tarixə 14,32 % təşkil edib.

Seçilən
12
5
publika.az

3Mənbələr