AZ

Müğənni sevgilisi tərəfindən DÖYÜLDÜ - FOTO

Yazını böyüt
Yazını kiçilt

Müğənni fəaliyyəti ilə məşğul olan Asya Məmmədli sevgilisi tərəfindən döyüldüyünü iddia edib.

Hafta.az bildirir ki, Abşeron rayonunda 34 yaşlı qadının döyülməsi ilə bağlı polis araşdırma aparır.

Zərərçəkənin izahatı alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Əməli törədən şəxsin saxlanılması üçün tədbirlər görülür.

A.Məmmədli Milli.Az-a açıqlamasında bildirib ki,  sevgilisi Emil Babayev adlı şəxs tərəfindən döyülüb.

Onun sözlərinə görə, dəfələrlə Emil Babayev tərəfindən hücumlara məruz qalıb. Sonuncu dəfə isə onun tərəfindən döyülüb və  hətta E.Balayev onu bıçaqlamaq da istəyib. Digər şəxslərin müdaxiləsindən sonra isə bunun qarşısı alınıb.

Hazırda ağır xəsarətlər aldığını bildirən müğənni xəstəxanaya yerləşdirildiyini qeyd edib. milli.az

Seçilən
23
19
hafta.az

10Mənbələr