AZ

Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olundu

Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub.

Mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və baletmeysterin sənət dostları iştirak ediblər.

Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər.

Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.

Qeyd edək ki, M.Məmmədov aprelin 13-ü, 97 yaşında vəfat edib.//Report

Seçilən
17
7
musavat.com

8Mənbələr