Tiktoker Nahid Nəsirov yenidən hakim qarşısına çıxarılıb.
News365.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində onunla bağlı qərar qəbul edilib.
Qərara əsasən, tiktokerin həbs müddəti daha bir ay da uzadılıb.
Xatırladaq ki, ilk olaraq Nərimanov Məhkəməsində tiktoker Nahid Nəsirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra isə Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qüvvədə saxlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.