
Aprelin 18-də “Qarabağ – “Sabah” arasında keçirilən oyunda xanım azarkeşlər üçün stadiona giriş pulsuz olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qarabağ” klubu rəsmi sosial şəbəkə səhifələrində məlumat verib.
“Premyer Liqanın XXVIII turu çərçivəsində “Sabah”la keçiriləcək ev oyunumuzda komandamızı dəstəkləmək istəyən xanım azarkeşlərimiz üçün giriş tamamilə pulsuzdur”, - deyə klubdan bildirilib.