AZ

Gürcüstanda Əmək miqrasiyası haqqında Qanuna dəyişikliklər edilir

ain.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 14 aprel, AZƏRTAC

Gürcüstanda “Əmək miqrasiyası haqqında" Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, parlamemtin İqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili bununla bağlı keçirilən iclada bildirib ki, son illərdə həyata keçirilən dəyişikliklər əmək miqrasiyası proseslərinin tənzimlənməsini yaxşılaşdırsa da, əmək fəaliyyətinin xarakterinə və müddətinə görə daha çevik yanaşmaya ehtiyac yaranıb.

Onun sözlərinə görə, yeni dəyişikliklərin əsas məqsədi əmək miqrasiyası prosedurlarını sadələşdirmək, onları müasir əmək bazarının tələblərinə uyğunlaşdırmaq və nəticədə ölkəyə yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasını asanlaşdırmaqdır.

Komitə üzvləri həm bu qanun layihəsini, həm də onunla əlaqəli “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Qanuna dəyişiklikləri dəstəkləyiblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr