"Roma" "Aston Villa"dan icarəyə götürdüyü Donyell Malenlə bağlı qərar verib.
QOL.az xəbər verir ki, İtaliya klubu niderlandlı hücumçunun transfer hüquqlarına yiyələnəcək. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Paytaxt klubu 27 yaşlı forvard üçün müqavilədəki 25 milyon avroluq satınalma bəndindən istifadə edəcək.
Qeyd edək ki, "Roma" Donyell Maleni bu ilin yanvarında icarəyə götürüb. Niderland millisinin üzvü "canavarlar"ın heyətində 14 rəsmi matçda 11 qol vurub, 1 məhsuldar ötürmə edib.