AZ

Xameneinin müşaviri haqqında beynəlxalq həbs qərarı verildi

İranın öldürülən Ali Lideri Əli Xameneinin təhlükəsizlik müşaviri Əli Əsğər Hecazi haqqında beynəlxalq həbs qərarı verilib. 

"Unikal" xəbər verir ki, bu barədə Argentina mediası yazıb. 

Hakim Daniel Rafkas AMIA partlayışı işində iştirakına görə Əli Xameneinin təhlükəsizlik müşaviri Əli Əsgər Hecazi üçün beynəlxalq həbs orderi verib.

Hakim İnterpoldan Hecazinin həbsi ilə bağlı qırmızı həyəcan siqnalı verməsini istəyib.
Bu işdə digər müttəhimlər arasında Əli Fallahian, Əli Əkbər Vilayəti, Möhsün Rezai, Hadi Süleymanpur, Möhsün Rəbbani və Əhməd Rza Əsgəri var.

Xatırladaq ki, 18 iyul 1994-cü ildə Argentinanın paytaxtında İrana bağlı terrorçular Yəhudilərin Yardımlaşma Mərkəzi binasına bomba qoyaraq 85 yəhudinin ölümünə, 300-dən çox yəhudinin yaralanmasına səbəb olublar.

Ağarza Elçinoğlu 

Seçilən
10
unikal.az

1Mənbələr