Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İsrail hökuməti ABŞ Prezidenti Donald Trampa İsrail Mükafatının təqdim edilməsini təxirə salmaq qərarına gəlib.
"Report" "Ynet" portalına istinadən xəbər verir ki, buna səbəb İsrail hökumətinin onun mərasimdə şəxsən iştirak etməsini istəməsidir.
Daha əvvəl bildirilmişdi ki, Tramp ölkənin Müstəqillik Günündə keçiriləcək xüsusi mərasimdə İsrail Mükafatını almalıdır. Nəşrin məlumatına görə, Trampın mərasimdə şəxsən və ya videoəlaqə vasitəsilə iştirakı nəzərdə tutulmayıb.
Bu səbəbdən ona bu mükafatın daha sonra, İsrailə mümkün səfəri zamanı təqdim edilməsi qərara alınıb.
Bunun fonunda məşhur İsrail müğənnisi Noa Kirelin mərasimdə iştirakı da təxirə salınıb. O, ABŞ Prezidentinin şərəfinə çıxış etməli idi, eyni zamanda onun nəvələri ilə birgə çıxış variantı da nəzərdən keçirilirdi.
Ağ Ev Trampın İsrailə səfərinin ləğv edildiyi barədə rəsmi açıqlama verməyib, lakin ölkədə hesab edirlər ki, Yaxın Şərqdə baş verən hadisələr fonunda belə bir səfərin baş tutması demək olar ki, qeyri-mümkündür.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.