AZ

Azərbaycanda gələcəkdə TƏHLÜKƏ YARANA BİLƏR- SƏBƏB

Mövzu ilə bağlı Milli Məclisin “Aqrar siyasət”  komitəsinin üzvü, deputat Tahir Rzayev Ajans.az-a açıqlama verib.  O bildirib ki,   erkən kəsim barədə dəfələrlə hələ bir neçə il bundan əvvəl Milli Məclisin plenar iclaslarında öz fikirlərini bildirib. TV-də də, mətbuatda da bu barədə çıxışlar da edib. Çünki nə vaxtsa bu təkliflər dəstəklənəcək və o vaxtlarda bu təklifi dəstəkləyənlər var idi. Ancaq çox təəssüflər olsun ki, bəzi mütəxəssislər, özünü ekspert adlandıranlar, eləcə də digər insanlar buna mənfi münasibət bəsləyirdilər. Bu təşəbbüsü bir növ məntiqsiz fikir adlandırırdılar və bildirirdilər ki, bu heç də düzgün deyil. Əslində, quzu və danaların az yaşında kəsilməsini orqanizm üçün “faydalı” hesab edirlər.  Tahir Rzayevin sözlərinə görə, bunun heyvandarlığa nə qədər ciddi zərər vurmasını anlamırdılar, və belə fikirlər söyləyirdilər. Ancaq əslini demək lazımdır ki, heyvanların erkən kəsilməsi tarixən bizim babalarımız tərəfindən bir qadağa kimi ortaya qoyulub və heç vaxt yetişməmiş, ət tutmamış xırda boynuzlu, iri boynuzlu heyvanları kəsməyiblər. Onlar müəyyən qədər yetişiblər, ancaq çox təəssüflər olsun ki, indi hər gün minlərlə xırda, iri boynuzlu mal-qara vaxtından əvvəl kəsməyə gedir. Sözsüz də, bu həm cins artımı üçün bir təhlükədir, digər tərəfdən mal-qaranın sayının azalmasına imkan yaradır və əlbəttə ki, belə olan halda bazarda bahalaşmaya da yol açır. Çünki biz yerli cins qoyunları, inəkləri qorumalıyıq. Əgər dişi quzular, danalar vaxtından əvvəl çox sayda kəsilirsə, sözsüz də, gələcək artım üçün bu çox təhlükəli bir şərait yaradır. Deputat qeyd edib ki, bir tərəfdən bu gün ölkədə iri heyvandarlıq kompleksləri yaradılır, iri şirkətlər yaradılır. Lakin insanların öz həyatlarında mal-qara saxlamalarına laqeyd münasibət bəsləmələri, əziyyət çəkməmələri, digər tərəfdən iri kənd heyvanlarının belə bazara çıxarılması, kəsilməsi bir neçə ildən sonra çox ciddi problemlər yarada bilər. Bir çox ölkələrdə belə qadağalar var və bu da düzgündür. 

“Müəyyən qədər ortaq şəraitdə, bağlı şəraitdə böyüdülür, istər xırda boynuzlu, istər iri boynuzlu mal-qara, sonradan buna kəsim verilir, bu ətlər çeşidlənir və ondan sonra satışa buraxılır. Ancaq təəssüflər olsun ki, bizdə bir çox hallarda belə məsələlər kobud şəkildə, düzgün yerinə yetirilmir.”-deyə, o söyləyib.

Seçilən
8
Ajans.az

1Mənbələr