AZ

“Barselona”dan UEFA ya qeyri adi şikayət VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona” futbol klubunun rəhbərliyi Madriddəki qarşılaşmadan əvvəl meydançanın vəziyyəti ilə bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb. Kataloniya təmsilçisi “Atletiko”nun ev oyunlarını keçirdiyi stadionda otun hündürlüyünün normadan artıq olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, “Barselona” rəsmiləri meydançadakı hər bir otun hündürlüyünün ölçülməsini tələb ediblər. UEFA cavabında məsələnin xüsusi protokol üzrə yoxlanılacağını və ehtiyac yaranarsa, otun biçiləcəyini vəd edib.

Mövcud qaydalara əsasən, meydançada otun hündürlüyü üç santimetrdən çox olmamalıdır. Müqayisə üçün qeyd edək ki, “Kemp Nou” stadionunda bu göstərici hər zaman 2,3 santimetr səviyyəsində saxlanılır.

“Atletiko” tərəfi isə bütün tələblərə əməl olunduğunu və meydançanın digər matçlardakı vəziyyətdən fərqlənmədiyini bildirib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
icma.az

1Mənbələr