AZ

Məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarılıb Fotolar

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 393 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 4 mərtəbədən ibarətdir.

Satışa çıxarılan obyektin sahəsi 1 329,2 kvadrat metrə bərabərdir. 26 otaqdan ibarət olan obyektin ilkin satış qiyməti 2 milyon 200 min manat təşkil edir.

Qeyd edək ki, bu obyektdə “Çənlibel”  istirahət mərkəzi fəaliyyət göstərib.

Elnur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr