AZ

İranı dialoqa çağırdı

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qətər İranı ABŞ ilə dialoqa getməyə çağırıb. 

“Cebheinfo.az” “Yeni Şafak” – a istinadən xəbər verir ki, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə İranın xarici işlər naziri Abbas Əraqçı arasında telefon danışığı baş tutub. 

Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığında Yaxın Şərqdə atəşkəs, o cümlədən regionda təhlükəsizlik və sabitliyin təmin olunması ilə bağlı məsələlər müzakirə olunub. 

Əl-Tani İranı müharibəyə son qoymaq və 2 martdan bəri bağlı qalan Hörmüz boğazını yenidən açmaq üçün Pakistanın vasitəçiliyi ilə ABŞ ilə dialoqu bərpa etməyə çağırıb. Qətərin Baş naziri Pakistanın vasitəçilik səylərinin vacibliyini vurğulayaraq tərəfləri dialoqa və danışıqlara çağırıb. 

Əl-Tani, həmçinin telefon danışığında dəniz dəhlizlərinin açılmasının, naviqasiya azadlığının təmin edilməsinin zəruriliyini və dəhlizlərdən təzyiq vasitəsi kimi istifadə edilməsinin yolverilməz olduğunu İran tərəfinin diqqətinə çatdırıb. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr