AZ

Mehriban Xanlarova indi nə işlə məşğuldur?

Əməkdar artist Mehriban Xanlarova uzun müddət sonra açıqlama verib. 
 
Moderator.az bildirir ki, axşam.az-a danışan aktrisa hazırda heç bir yerdə çalışmadığını deyib.
 
O bildirib ki, başı problemlərinin həllinə qarışıb:
 
"Televiziyadan öz istəyimlə uzaqlaşdım. Zəng gəlir, amma bir müddət ara vermək istədim. Daha böyük problemlərlə məşğulam".
 
Teatrdan uzaqlaşan aktrisa fəaliyyətini yenidən bərpa etmək istəyini gizlətməyib:
 
"Hələ düşünmürəm, amma istəyirəm. Aktrisa teatrsız qala bilməz. Yenidən AzDrama-da çalışmaq istəyirəm. Başqa teatra gedə bilmərəm. Darıxmıram desəm, yalan olar. Mən teatr, ən çox da tamaşaçı alqışı üçün darıxıram. Hazırda heç bir yerdə çalışmıram, serial, film çəkilişi də yoxdur".
 
Seçilən
0
5
moderator.az

7Mənbələr