AZ

"Qarabağ"ın legionerindən "əl çəkmirlər": TRANSFERDƏ İSRARLIDIRLAR

"Qarabağ"da daha bir ayrılıq yaşana bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Pedro Bikalyo komandanı tərk etməyə yaxındır.

O, Avropa klublarının maraq dairəsindədir. Hələ qış transfer pəncərəsi dönəmindən futbolçu üçün Ağdam təmsilçisinə müraciətlər olunur.

Bunlardan biri də Yunanıstanın AEK klubudur.  "Sarı-qaralar" yarımmüdafiəçinin transferini qışda reallaşdıra bilmədi.

Lakin Afina təmsilçisi Bikalyonun keçidində israrlıdır. Hazırda Yunanıstan çempionatında lider olan komanda Pedro üçün transfer məbləği ödəməyə də hazırdır.

AEK hazırda yay transfer pəncərəsi üçün büdcəni müəyyənləşdirir. Klub bundan sonra Bikalyo üçün rəsmi təklif irəli sürəcək.

Qeyd edək ki, orta xətt oyunçusunun "Qarabağ"la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

“Sabah” bəzilərinin kabusuna çevrilib - Bu nifrətin səbəbi nədir?

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Rəhim Həsənov: HAKİMİN QƏRARI YANLIŞDIR

Kritik matçın biletləri satışa çıxır: "Qarabağ" - "Sabah"

Seçilən
19
1
apasport.az

2Mənbələr