Hakan Findan Rusiya və Səudiyyə Ərəbistanının XİN rəhbərləri ilə telefon danışığı aparıb.
“Cebheinfo.az” “Yeni Şafak” – a istinadən xəbər verir ki, Türkiyənin XİN rəhbəri Hakan Fidan həmkarları – Rusiya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Serqey Lavrov və Feysel bin Fərhan Əl-Səudla telefon danışığı aparıb.
Türkiyənin diplomatik mənbələrinin məlumatlarına görə, H.Fidanın S.Lavrov və Əl-Səudla telefon danışığında İranla növbəti müharibənin qarşısının alınması və Yaxın Şərqdə atəşkəsin qorunub saxlanılması ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, aprelin 12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran rəsmilər arasında danışıqlar baş tutub. Danışıqlar 24 saat ərzində aparılsa da, heç bir nəticə əldə olunmayıb. Bu, 1979-ci ildən bəri Vaşinqton və Tehran arasında ən yüksək səviyyəli görüş hesab olunur.