AZ

Gürcüstanda Ana Dili Günü qeyd edilir

Tbilisi, 14 aprel, AZƏRTAC

Bu gün Gürcüstanda Ana Dili Günü qeyd edilir.

AZƏRTAC-ın məlumatına görə, 1978-ci ildə SSRİ Ali Soveti Gürcüstanda gürcü dilinin əvəzinə rus dilinin dövlət dili statusu alması batədə qərar qəbul edib. Lakin gürcü xalqı bu qərara qəti etiraz edib və həmin ilin aprelin 14-də Tbilisidə, indiki “Ana dili” parkında (“Deda Ena”) və Rustaveli prospektində etiraz aksiyaları keçirilib. Aksiyalara 100 mindən çox insan qatılıb. Etiraz aksiyalarında ziyalılar, müəllimlər və tələbələrlə yanaşı, sıravi vətəndaşlar da iştirak ediblər. Etiraz dalğası fonunda SSRİ Ali Soveti geri addım atmalı olub və gürcü dilinin dövlət statusu qüvvədə qalıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
13
1
azertag.az

2Mənbələr