Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır.
Bəzən az yesəniz də, mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınıza diqqət etməlisiniz.
Şişkinlik zamanı bunları yeyin:
- Zəncəfil – Həzm prosesini sürətləndirir və qaz yaranmasını azaldır. Çay kimi və ya yeməklərə əlavə edilə bilər.
- Nanə – Bağırsaq əzələlərini rahatladır, qaz və spazmları azaldır. Xüsusilə nanə çayı effektivdir.
- Qatıq (probiotiklərlə) – Bağırsaq florasını balanslaşdırır, həzmi yaxşılaşdırır.
- Kivi və ananas – Tərkibindəki fermentlər (aktinidin və bromelain) həzmi dəstəkləyir.
- Yulaf – Liflə zəngindir, lakin həzmi yüngül formada tənzimləyir.
- Xiyar – Su tərkibi yüksəkdir, ödemi və şişkinliyi azaldır.
- Banan – Kalium baxımından zəngindir, bədəndə maye balansını tənzimləyir.
Bunlardan uzaq durun:
- Qazlı içkilər
- Çox duzlu və yağlı yeməklər
- Paxlalılar (bəzi insanlarda qaz yarada bilər)
- Süni şirinləşdiricilər
Çalışın yeməyi yavaş-yavaş yeyin. Yedikdən sonra bol su için və yüngül gəzintiyə çıxın. (Axşam.az)