AZ

Ukraynada hərbi vergi müharibədən sonra da qüvvədə qalacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hərbi yığımın müharibə bitdikdən sonra daha üç il müddətinə saxlanılmasını nəzərdə tutan qanunu imzalayıb. Aprelin 7-də Ali Rada tərəfindən qəbul edilən bu sənədə əsasən, toplanan vəsaitlər ölkənin infrastrukturunun bərpası üçün xüsusi fonda yönləndiriləcək. 

Maliyyə Nazirliyinin proqnozlarına görə, bu addım büdcəyə illik təxminən 140 milyard qrivna əlavə vəsait qazandıracaq.

Qeyd edək ki, fiziki şəxslər üçün 5%, fərdi sahibkarlar üçün isə müvafiq dərəcələrlə tətbiq edilən bu vergi islahatı Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa İttifaqının "Ukraine Facility" proqramı çərçivəsində irəli sürülən əsas şərtlərdən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

2Mənbələr