ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 14 aprel, AZƏRTAC
Son illərdə Özbəkistan və Azərbaycan arasında etimad və strateji tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. AQEM Qadınlar Şurasının yaradılması da üzv ölkələr arasındakı əlaqələri daha da gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzulu beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə Özbəkistan Baş nazirinin müavini, Ailə və Qadınlar üzrə Komitənin sədri Züleyxa Bəhriddinovna Məhkəmova deyib.
O bildirib ki, Özbəkistanda güzəştli kreditlər, dövlət satınalmalarına çıxış, lisenziyalaşdırma imkanları, eləcə də ixrac imtiyazlarının genişləndirilməsi qadın sahibkarlığının inkişafına təkan verib.
“Bu gün rəqəmsal iqtisadiyyat qlobal inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Rəqəmsallaşma qadınların biznes fəaliyyətinə inteqrasiyasının mühüm və səmərəli alətinə çevrilib. Bu proses müəssisələrin fəaliyyətinin avtomatlaşdırılmasına, vaxt itkisinin azaldılmasına və ümumi səmərəliliyin artırılmasına da imkan yaradır. Ümid edirəm ki, AQEM ölkələrinin bu sahədə qadınların iştirakına verdiyi dəstək özünü ən uğurlu formada göstərəcək”, - deyə Züleyxa Bəhriddinovna Məhkəmova vurğulayıb.
Müxbir-Aytac Haqverdiyeva, Tərgül Babayeva, Fərid Səlimov
Fotoqraf-Azər İbrahimov
Operator-İlham Nadirov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.