AZ

Yamal Simeoneyə "ilişdi" - Ümid edirəm ki, mənə xidmət edəcək

"Barselona"nın hücumçusu Lamin Yamal "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneyə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu öncəsi müraciət edib.

Publika.az xəbər verir ki, gənc ulduz argentinalı mütəxəssisə oyunla bağlı qəribə bir istəyini bildirib:

“Özümü əla hiss edirəm, oyunu səbirsizliklə gözləyirəm, motivasiyalıyam. Ümid edirəm ki, matçı təsir edə biləcəyəm. Görək Simeone mənə xidmət edəcəkmi və məni hansısa futbolçu ilə təkbətək buraxacaqmı? Ümid edirəm ki, belə olar.

Həqiqətən bunu gözləyirəm. Həmişə demişəm ki, mövsümün əvvəlində zədə səbəbindən səviyyəm çox tənqid olunurdu və indi belə məqamların gəlməsi xoşuma gəlir. Çünki məhz belə vaxtlarda əsl futbolçular üzə çıxır”.

Seçilən
7
publika.az

1Mənbələr