AZ

Müğənni sevgilisi tərəfindən döyüldüyünü iddia edir - VİDEO

Müğənni sevgilisi tərəfindən döyüldüyünü iddia edir - VİDEO

Müğənni fəaliyyəti ilə məşğul olan Asya Məmmədli sevgilisi tərəfindən döyüldüyünü iddia edib.

A.Məmmədli Milli.Az-a açıqlamasında bildirib ki, sevgilisi Emil Babayev (Balayev) adlı şəxs tərəfindən fiziki zorakılığa məruz qalıb. AFN.az-ın məlumatına görə, ifaçı dəfələrlə həmin şəxs tərəfindən hücumlara məruz qaldığını vurğulayıb.

Müğənninin sözlərinə görə, sonuncu dəfə o, Emil Balayev tərəfindən amansızcasına döyülüb, hətta qarşı tərəf onu bıçaqlamaqla hədələyib. Hadisəyə ətrafdakı şəxslərin müdaxilə etməsindən sonra cinayətin qarşısı alınıb.

Hazırda ağır xəsarətlər aldığını bildirən müğənni müvafiq tibbi yardım üçün xəstəxanaya yerləşdirildiyini qeyd edib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib-verilmədiyi hələlik dəqiqləşdirilir.

View this post on Instagram

A post shared by Milli.Az.official (@milli.az.official)

Seçilən
16
afn.az

1Mənbələr