"Qəbələ" cinah hücuççusu Prins Ovusu ilə müqavilə yeniləyib.
Fanat.Az "qırmızı-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulan sazişə imza atıb.
20 yaşlı futbolçu "Qəbələ"nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm "Qəbələ"nin U-19 komandasında çıxış edib.