ain.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Donald Trampın Papa XIV Leonu tənqid etməsinə İtaliya sərt şəkildə reaksiya verib
ABŞ Prezidenti Donald Trampın Papa XIV Leoya qarşı sərt açıqlamaları İtaliyada əks-səda doğurub. Gün ərzində sükutu ilə bağlı tənqid olunan Baş nazir Giorgia Melone axşam saatlarında Trampın sözlərini "qəbuledilməz" adlandıran bir açıqlama yayıb. Melone Papanın sülh çağırışlarının düzgün və qanuni olduğunu vurğulayıb.
Son zamanlar ABŞ Prezidenti Donald Tramp tərəfindən sərt hücuma məruz qalan Papa XIV Leonun müharibə əleyhinə açıqlamalarına diqqət çəkilib və İtaliyadan da reaksiya gəlib.
Baş nazir Giorgio Meloni və Baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani günün erkən saatlarında verdikləri açıqlamalarda Trampın sözlərinə birbaşa toxunmayıblar, lakin Papanın sülh çağırışlarının vacibliyini vurğulayıblar.
Meloninin Trampın açıqlamalarına gün ərzində susması müxalifət partiyalarının tənqidinə səbəb oldu. Həmin axşamkı tənqidlərdən sonra Meloni yeni bir açıqlama verdi və bu dəfə birbaşa Trampı hədəf aldı. Meloni dedi: "Prezident Trampın Papaya qarşı sözlərini qəbuledilməz hesab edirəm. Papa Katolik Kilsəsinin rəhbəridir və onun sülhə və bütün müharibələrin pislənməsinə çağırışı doğru və normaldır."
Trampa yaxınlığı ilə tanınan Meloninin ilkin susqunluğu müxalifətdən reaksiyaya səbəb oldu. İtaliya mətbuatı həmçinin Meloninin Trampın sözlərini "uzun bir sükutdan sonra" qınadığını yazdı.
Əziz MUSTAFA
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.