DOST Agentliyində “DOST xidmətlərinin əlçatanlığı” mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə İdarə Heyətinin sədri Fərid Məmmədov, İctimai Şuranın sədri Elşad Məmmədov, İctimai Şura üzvləri və müxtəlif QHT nümayəndələri iştirak ediblər. Müzakirələrin əsas mövzusu vətəndaş məmnunluğunun artırılması və sosial xidmətlərin daha geniş əhatəyə çatdırılması olub.
“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında DOST xidmətlərinin əsas prioritetinin vətəndaş məmnunluğu olduğunu vurğulayıb. O bildirib ki, bu istiqamətdə həyata keçirilən bütün layihələr məhz həmin məqsədə xidmət edir.
"Dost Agentliyi də bölgələrdə xüsusilə bu dost xidmətlərinin əlçatanlığının təmin olunması məqsədilə gələcəkdə QHT-lərlə, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı da nəzərdə tutulduğu bildirildi və gələcək üçün dost xidmətlərinin daha da, daha da yüksəldilməsi, daha da xidmətin artırılması və o xidmətə ən ucqar kənddə belə əhalinin əlçatanlığının təmin olunmasıdır. Və dünənki görüş çox maraqlı, çox müzakirələrlə, təkliflərlə birgə həyata keçirildi və Dost Agentliyi, dost xidmətləri, dost mərkəzləri, könüllü dost proqramları haqqında biz çox gözəl qarşılıqlı müzakirələr etdik və könüllü dost layihəsinin daha da genişlənməsini təklif etdik və bu gələcəkdə də hər kəsin dostu olacaq Dost Agentliyinin və dost xidmətlərinin əlçatanlığının təmin edilməsinə xidmət edəcək".-deyə o qeyd edib.
Zəhra Ağayeva