AZ

Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olundu

Bakı. Trend:

Milli Məclisin aparat rəhbərinə yeni müavin təyin edilib.

Trend-inməlumatına görə, Şahin Həsən oğlu Həsənov bu vəzifəyəgətirilib.

Ş.Həsənov bu postda aprelin 9-da Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavinivəzifəsinə təyin edilən Yaşar Əməşovu əvəzləyib

Şahin Həsənovun dosyesini təqdim edirik:

1969-cu il avqustun 18-də Göyçay şəhərində anadan olmuşdur.

1992-ci ildə Sankt-Peterburq Dövlət Texniki Universitetinibitirərək mühəndis-sistem texniki ixtisasına yiyələnmişdir.

1992–1993-cü illərdə Mingəçevir Energetika İnstitutunun “Aliriyaziyyat və informatika” kafedrasının müəllimi olmuş,1993–1998-ci illərdə N. Nərimanov adına Neft və Qaz Çıxarmaİdarəsində mühəndis-proqramçı vəzifəsində işləmişdir.

1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Aparatınınİnformasiya təminatı şöbəsi müdirinin müavini, az sonra şöbə müdirivəzifəsinə təyin edilmiş, 8 il həmin vəzifədə işləmiş, 2006-cıildən 2026-cı ilədək Milli Məclis Aparatının İnformasiya resurslarıvə texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışmışdır.2026-cı il aprelin 9-da Milli Məclis Aparatı rəhbərinin müavinivəzifəsinə təyin edilmişdir.

2013-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanındaDövlət İdarəçilik Akademiyasının Dövlət idarəçiliyində informasiyatexnologiyaları kafedrasının müəllimidir.

Texnika üzrə fəlsəfə doktorudur.

Müxtəlif illərdə Azərbaycanda, Ukraynada və Niderlandda əyani,ABŞ-nin Harvard Universitetində online kursları bitirərək sisteminzibatçılığı, şəbəkə inzibatçılığı, şəbəkə təhlükəsizliyinininzibatçılığı, əməliyyat sisteminin geniş inzibatçılığı üzrəsertifikatlar almışdır.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixliSərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilətəltif edilmişdir.

2-ci dərəcə dövlət müşaviridir.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Evlidir, 4 övladı var.

Məqalədə:
Seçilən
4
2
az.trend.az

1Mənbələr