Toydan gedən musiqiçi Aysel Xıdırova qəzaya düşüb. Milli.Az xəbər verir ki, hadisə Gədəbəy rayonun ərazisində baş verib. Bildirilir ki, el şənliklərində davulçu kimi çıxış edən Aysel Xıdırova idarə etdiyi "Chevrolet" markalı avtomobillə qəza edib. Hadisə zamanı avtomobildə sürücü ilə yanaşı, onun köməkçisi və azyaşlı övladı da olub.Qəza nəticəsində A.Xıdırova müxtəlif xəsarətlər alıb və azyaşlı övladının isə qolu sınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31