AZ

Ermənistana növbəti qatar yola salındı

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

VAXT.AZ APA-ya istinadən xəbər verir ki, bu gün Biləcəri stansiyasından Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib.

Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqona yüklənmiş 240 ton gübrə yola salınıb.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, bu günə kimi Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Seçilən
12
31
vaxt.az

10Mənbələr