AZ

Psixiatriya xəstəxanasında müalicə alan şəxs öldürülüb? – Araşdırma aparılır

Psixiatriya Xəstəxanasında müalicə alan İsmayılov Miri Qüdrət oğlu vəfat edib.
KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, yaxınları onun işgəncə nəticəsində qəsdən öldürüldüyünü iddia edirlər.

M.İsmayılovun doğmaları onun meyitinin foto və videosunu sosial şəbəkələrdə yayıblar. Həmin materiallarda mərhumun boğaz və qarın nahiyyəsində müxtəlif xəsarət izlərinin olduğu görünür.

Hadisə ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq Gəncə şəhər Psixiatriya Xəstəxanasından bildirilib ki, faktla əlaqədar artıq araşdırmalar aparılır:

“Cinayət-Prosessual Məcəlləsinin 201.1-ci maddəsinə əsasən, istintaq sirrini təşkil edən məlumatların yayılması qadağandır və bu məlumatlar yalnız istintaqı aparan orqanın icazəsi ilə açıqlana bilər. Həmçinin “İnformasiya əldə etmək haqqında” qanunun 9.1.3-cü maddəsinə əsasən, cinayət işləri üzrə aparılan istintaqla bağlı məlumatlar açıqlanmayan (məhdudlaşdırılmış) informasiyalara aiddir.

Bu səbəbdən, Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmaların nəticələri və digər məlumatlar istintaq orqanına təqdim olunur”.

Seçilən
0
3
konkret.az

4Mənbələr