AZ

Millimizin üzvü bu kluba KEÇƏ BİLƏR

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun yeni mövsümə hansı klubda başlayacağı hələ ki dəqiq deyil. Amma onun "Motor"da qalmayacağı dəqiqdir.

Bizim.Media xəbər verir ki, millimizin forvardı Polşada qala bilər.

Belə ki, yüksək liqada mübarizə aparan "Krakoviya" Dadaşovun xidmətində maraqlıdır.

Krakov təmsilçisi mövsümün sonunda ona bir illik müqavilə təklif edəcək. Artıq indidən Renatla ilkin danışıqlara start verilib.

26 yaşlı futbolçunun “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, yığma komandamızın üzvü “Ayntraxt” (Frankfurt), “Eştoril”, “Pakoş Ferreyra”, “Vulverhempton”, “Qrasshoppers”, “Tondela”, “Hatayspor”, “Ankaragücü”, “Radomiak” klublarında çıxış edib.

Bizim.Media

Seçilən
12
3
bizim.media

4Mənbələr