AZ

Bu ərazidə qarın hündürlüyü 88 sm-ə çatır

Naxçıvan Muxtar Respublikasında 3000 metr yüksəklikdə qar örtüyünün qalınlığı 88 sm-ə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Publika.az-a verilən məlumata görə, bir sıra rayon və kəndlərdə qar və yağış müşahidə olunub.

Belə ki, Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. Qar örtüyünün qalınlığı Ordubadın yüksək dağlıq ərazilərində (3000 m) 88 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 25 sm, Şahbuz rayonunun Kükü kəndində 5 sm, Biçənək kəndində isə 6 sm qeydə alınıb.

Seçilən
3
13
publika.az

10Mənbələr