ABŞ administrasiyası 2026-cı ilin yanvar ayından bəri təxminən 150 milyon barel Venesuela nefti satıb.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-nin enerji katibi Kris Rayt Semafor konfransında bildirib ki,"Beləliklə, dairəvi rəqəmlərlə 3 yanvardan bəri təxminən 150 milyon barel Venesuela nefti satılıb. “Bu, bir az daha çox ola bilər, amma təxminən bu miqdardır", - deyə o bildirib.
3 yanvarda Vaşinqton Karakasda hərbi əməliyyat keçirdiyini və nəticədə Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. 5 yanvarda onlar Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmədə çıxış ediblər.
Onlar narkotik qaçaqmalçılığında iştirak etməkdə ittiham olunurlar. Maduro və həyat yoldaşı günahsız olduqlarını bildiriblər. Maduro dövründə icraçı vitse-prezident vəzifəsində çalışan Delsi Rodrigez Venesuelada dövlət başçısı vəzifəsini icra edir.
ABŞ administrasiyası iddia edirdi ki, ABŞ Venesuelaya müvəqqəti nəzarəti öz üzərinə götürəcək.